Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da koronavirusun müalicəsində yeni dərman təcili istifadəyə verilir

134 Baxış

ABŞ Qida və Dərman İdarəsi (FDA) Britaniya şirkəti “GlaxoSmithKline” və ABŞ şirkəti “Vir Biotechnology” tərəfindən hazırlanmış COVID-19-a anticismləri olan dərmanın təcili istifadəsinə icazə verib.

“İnterfax” xəbər verir ki, “Sotrovimab” xəstəliyin yüksək şiddətə keçmə riski olan böyüklər, 12 yaş və ondan böyük xəstələrdə yüngül və orta dərəcədə COVID-19-un müalicəsi üçün təsdiq edilib.

Bu dərman COVID-19 xəstəxanasına yatan və ya oksigen terapiyası tələb edən xəstələr üçün nəzərdə tutulmayıb.

Şirkətlər müalicənin uyğun ABŞ xəstələri üçün önümüzdəki həftələrdə təqdim ediləcəyini deyiblər.

Həmçinin bildiriblər ki, 2021-in ikinci yarısında dərmanların tam təsdiqlənməsi üçün müraciət etməyi planlaşdırırlar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678