Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ruhani ABŞ-da seçkilərdən sonrakı vəziyyətlə bağlı: “İran xalqına təslim olacaqlar”

143 Baxış

İran Prezidenti Həsən Ruhani kimin qazanmasından asılı olmayaraq, ABŞ seçkilərində qalib gələcək növbəti administrasiyanın İran xalqının iradəsinə təslim olacağını deyib.

“Mehr” agentliyi xəbər verir ki, İran lideri Fars körfəzindən ölkənin mərkəzi əyalətlərinə suyun ötürülməsi layihəsinin açılış mərasimində bu barədə danışıb.

Onun sözlərinə görə, ölkəsi son aylarda görünməmiş dərəcədə çətin dövrlər yaşayıb:

“Biz həmişə təzyiq altında idik (ABŞ-ın – red.), Sonra bu iqtisadi müharibəyə çevrildi. Onlar koronavirus pandemiyası fonunda sanksiyaları artırdılar”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678