Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrandan Ermənistana Araz çayı ilə bağlı XƏBƏRDARLIQ

343 Baxış

İran Ermənistana Araz çayının çirkləndirilməsi ilə əlaqədar müxtəlif iclaslarda lazımi xəbərdarlıqları edib.

Modern.az-ın məlumatına görə, bunu İranın Energetika naziri Rza Ərdəkanian İran və Azərbaycan arasında Araz və Mil-Muğan su bəndlərinin birgə istifadəsinin 50 illiyi ilə əlaqədar keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanianın sözlərinə görə, son illər İranın Energetika Nazirliyi Ermənistanın sənaye tullantılarının Araz çayına axıdılmasının qarşısının alınmasında ciddi iradə nümayiş etdirir.

Nazir əlavə edib ki, Ermənistanın Araz çayına tullantıların axıdılması ilə əlaqədar addımları hələ də münasib səviyyədə deyil:

“İran Azərbaycan, Türkiyə və Ermənistan arasında Araz çayının çirkləndirilməsinin qarşısının alınması və suyun keyfiyyətinin qorunması məqsədilə dördtərəfli iclasın keçirilməsi gündəmdədir. Qeyd olunan iclasın tezliklə İranın ev sahibliyi ilə keçiriləcəyinə ümid edilir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678