Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistanda təbii fəlakət: 10 nəfər həyatını itirdi

114 Baxış

Pakistanda daşqınlar səbəbindən azı 10 nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.

Bu barədə “Sinxua” Pakistan mətbuatına istinadən xəbər verib.

Məlumata görə, yağışlar zamanı Pəncab əyalətinin Okara şəhərində binanın damı çöküb. Hadisə nəticəsində dördü uşaq olmaqla səkkiz nəfər ölüb, üç nəfər isə yaralanıb.

Vilayətin başqa bir yerində evin divarının uçması nəticəsində bir nəfər həlak olub, daha bir nərəri isə ildırım vurub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678