Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliyaya keçmək istəyən miqrantlar Aralıq dənizində boğularaq öldülər

122 Baxış

Tunis sahillərində baş vermiş gəmi qəzası nəticəsində Liviyadan Aralıq dənizi vasitəsilə İtaliyaya miqrasiya etməyə cəhd göstərən 23 nəfər boğularaq həlak olub.

TASS agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin Tunis nümayəndəliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Tunisin Hərbi Dəniz Qüvvələri yalnız 70 miqrantı xilas edə bilib, 23 nəfər isə bataraq həlak olublar.

Qırmızı Aypara Cəmiyyətinin məlumatına əsasən, hadisə zamanı gəmidə 90-dan çox miqrant olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678