Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çinin hərbi gəmiləri Yaponiyanın ərazi sularından çəkilmir

113 Baxış

Yaponiya hökuməti Çinin patrul gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelağında uzun müddət qalmasına etiraz ediblər.

Mk.ru xəbər verir ki, Yaponiya xarici işlər naziri Tosimitsu Moteqi Çin gəmiləri tərəfindən Yaponiyanın ərazi sularına dövri olaraq basqının 112 gündür müşahidə edildiyini qeyd edib.

“Biz sərt etiraz etdik, bu hərəkətlər narahatlıq doğurur”, – deyə o bidirib.

Bundan əvvəl Yaponiya mətbuatı Çin gəmilərinin yalnız Yaponiyanın ərazi sularına girməməsi, həm də Yapon balıqçı gəmilərinə yaxınlaşması barədə məlumat yaymışdı.

Arxipelaq Yaponiya tərəfindən idarə olunur, bu ərazini tarixi və beynəlxalq hüquq baxımından ölkənin ayrılmaz hissəsi hesab edir. Çin də öz növbəsində bu əraziyə haqqı olduğunu iddia edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678