Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qlobal Jurnalistlər Şurasından açıqlama: “Hələ də Ermənistanın vəhşiliyi davam edir”

116 Baxış

Qlobal Jurnalistlər Şurası Kəlbəcər istiqamətində mina partlayışı nəticəsində azərbaycanlı media əməkdaşlarının həlak olması münasibətilə başsağlığı mesajı yayımlayıb:

“Qardaş ölkə Azərbaycandakı ağır itkilər ürəklərimizi yandırdı. Həmkarlarımız vəzifə başında şəhid olub və Azərbaycanın şanlı Qarabağ Zəfərinin qəhrəmanları arasına adlarını yazdırıblar. Qarabağda atəşkəs əldə olunmasının üzərindən yeddi ay keçməsinə baxmayaraq, hələ də Ermənistanın vəhşiliyi davam edir. Bütün dünyanın gözü qarşısında yaşananlar Azərbaycanın haqlı mübarizəsini və regiondakı erməni zülmünü təkrar şəkildə göz önünə gətirir. Xain hücumları və tələləri ilə günahsız insanları öldürməyə davam edən Ermənistanı bir daha şiddətlə qınayırıq. Bizim üçün ağır olan itkiləri ilə həm Türkiyə, həm də Azərbaycan xalqının ürəyini yandıran dəyərli həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışova Allahdan rəhmət, kədərli ailələrinə, Azərbaycan və Türkiyə xalqları ilə həmkarlarımıza başsağlığı veririk. Onları əsla unutmayacağıq. Yaralılarımıza şəfa diləyirik”, – deyə qurumun rəhbəri Mehmet Ali Dim bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678