Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistanda dəhşətli qəza: Onlarla ölən və yaralananlar var – VİDEO

107 Baxış

Pakistanın Sind əyalətində iki qatarın toqquşması nəticəsində 36 nəfər ölüb.

SamaaTV xilasedicilərə istinadən xəbər verir ki, dəhşətli faciə nəticəsində 50-dən çox insan yaralanıb.

İlkin məlumatlara görə, qəza ekspres qatarın relsdən çıxaraq digər qatarın üzərinə aşması nəticəsində baş verib.

Pakistan dəmir yolları nümayəndələrinin sözlərinə görə, qəza nəticəsində dörd vaqon relsdən çıxıb. Eyni zamanda, qəzanın baş verdiyi Qotki rayonunda toqquşma nəticəsində təxminən 14 avtomobil aşıb, səkkizədək maşın tamamilə yararsız hala düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, toqquşma zamanı sərnişinlərin əksəriyyəti yuxuda olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678