Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Latviyada azərbaycanlı deputat seçilib

133 Baxış

Latviyada vilayətlər üzrə keçirilən parlament seçkilərində azərbaycanlı da qalib gəlib.

“Report”un məlumatına görə, 2021-ci il iyunun 5-də keçirilən seçkilərin bu gün açıqlanan nəticələrinə əsasən, Latviyanın iri vilayətlərindən olan Valmeriya vilayət Dumasına (parlament) əslən Azərbaycanın Kürdəmir rayonundan olan Vüqar Ecmanis (İbrahimov) yenidən deputat seçilib.

O, seçkilərdə Latviya Xristianlar İttifaqı partiyasının namizədi kimi qalib gəlib.

V. Ecmanis “Report”a açıqlamasında bildirib ki, Latviyada torpaq islahatlarından sonra 7 vilayət və 4 şəhər Valmeriya vilayətinə birləşdirilib, 5 iyun seçkiləri də birləşmiş Valmeriya üzrə keçirilib.

Qeyd edək ki, 1970-ci ildə Kürdəmirdə doğulan Vüqar Ecmanis 30 ildən çoxdur Latviyada yaşayır. O, bundan əvvəl də Valmeria dumasında kənd təsərrüfatı, nəqliyyat və biznes mühiti komitəsinin rəhbəri olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678