Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avstraliyada iki bankın Ermənistana köçürülən pulları ilə bağlı araşdırma başladı

349 Baxış

Avstraliya Türk Vəkillik İttifaqı Ermənistana köçürülən pullarla bağlı iki bankda araşdırmaya başlayıb.

İttifaqdan verilən məlumata görə, ən azı iki böyük Avstraliya bankında toplanan və Ermənistana köçürülən pullarla bağlı araşdırma başladılıb. Kaset bombaları kimi qadağan olunmuş döyüş sursatlarının satın alınmasını təmin edərək insanlığa qarşı cinayətlərə şərik olmaqdan narahatlıq bildirilib.

Bu yaxınlarda “Amnesty International” Ermənistan tərəfindən Bərdədə mülki əhaliyə qarşı kaset bombalarından istifadəni təsdiqləyib. Bəzi banklar və digər müvafiq qurumlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliklərinin pozulub-pozulmadığını araşdırırlar, çünki Avstraliya pullarının yekun olaraq hara çatdırıldığını izləmək demək olar ki, mümkünsüzdür.

Bu barədə əlavə məlumat alınan kimi ətraflı məlumat veriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678