Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aclıq və şəraitsizlikdən bezən hərbi qulluqçular Ermənistan ordusundan kütləvi şəkildə ayrılır

124 Baxış

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında xidmət aparan onlarla hərbi qulluqçu ordudan ayrılır.

Bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşr qey edir ki, təkcə son günlərdə 50 hərbi qulluqçu işdən çıxmaq barədə ərizə yazıb.

Hərbi qulluqçuların ordu sıralarını tərk etmək istəməsinin səbəbi isə dözülməz şəraitdir. Hərbi qulluqçular bir çox hallarda yatmağa yerin olmadığını, qida məhsullarının çatışmazlığını, hətta bir sıra hallarda tualetlərin belə olmadığını bildirir.

Bütün bunlarla yanaşı Ermənistan ordusundan kütləvi ayrılmaların kökündə həm də maaş məsələsi göstərilir. Borc və kredit yükündən cana gələn hərbçilər aldıqları cüzi maaşla ailələrini belə saxlamaqda çətinlik çəkir.

Qəzet vurğulayır ki, ölkədə bu cür acınacaqlı mənzərənin fonunda siyasi dairələr ancaq vəd verməklə məşğuldur. Aclıq və səfalət içində yaşayan xalqın isə tək çarəsi olaraq ölkəni tərk etmək qalır. Bunu son illərdə Ermənistanın “boşalması” ilə bağlı xəbərlər də təsdiqləyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678