Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koçaryan Ermənistanda seçkilərdən sonra qarşıdurmaları istisna etmir

122 Baxış

Ermənistanın eks-prezidenti Robert Koçaryan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərindən sonra insanların küçələrə axışacağını və qarşıdurmaların ola biləcəyini istisna etməyib.

Bu barədə o “RİA Novosti”yə müsahibəsində deyib.

“Bu, əlbəttə ki, son dərəcə arzuolunmaz bir ssenaridir, lakin qarşıdurma məsələsini tamamilə inkar etmək olmaz”, – deyə Koçaryan qarşıdurmaların olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Koçaryan hesab edir ki, hər şey nəticələrdən və cəmiyyətin bu nəticəyə necə yanaşmasından asılıdır.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 21 partiya və 4 blokun iştirakı ilə iyunun 20-də keçiriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678