Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST-dən xoş xəbər: Həftəlik yoluxma azalıb

121 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir həftə ərzində dünyada yeni koronavirusa yoluxma nisbətinin 12 % azaldığını bildirib.

TASS bu barədə təşkilatın bülleteninə istinadla məlumat yayır.

“Yeni xəstəlik və ölüm hallarının sayı azalmağa davam etdi: 7-13 iyun ərzində 2,6 milyondan çox yoluxma və 73 mindən çox ölüm barədə xəbərlər gəlib ki, bu da əvvəlki həftə ilə müqaisədə müvafiq olaraq 12 % və 2 % azalma deməkdir”.

Yeddi gündə dünyada 2 655 782 yeni yoluxma və 72 528 ölüm qeydə alınıb. 13 İyuna qədər ümumilikdə 175 333 154 yoluxma və 3 811 561 ölüm baş verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678