Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Berlində silahlı insident: Yaralılar var

123 Baxış

Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzində naməlum şəxs yoldan keçən sakinləri odlu silahdan atəşə tutub.

Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Hadisə Veddinq rayonunda yerləşən barın yaxınlığında baş verib. İnsident nəticəsində üç nəfər ağır yaralanıb.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində xüsusi əməliyyat keçirilir.

Ərazi polis tərəfindən mühasirəyə alınıb, istintaq başladılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678