Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

218 gün koronavirusla gəzdi, antikor yaranmadı

116 Baxış

Braziliyalı alimlər araşdırma zamanı koronavirusa yoluxan və 218 gün sağalmayan xəstəyə rast gəliblər.

“MedRxiv”də yayılan nəticələrə görə, 40 yaşlı kişi koronavirusa yoluxmadan əvvəl xərçəngdən müalicə aldığı üçün immunitet sistemi zəifləmiş olub.

2020-ci ilin sentyabrında koronavirusa yoluxan şəxsin testi 2021-ci ilin aprelində neqativ nəticə göstərib.

Araşdırma aparan mütəxəssislərdən biri bildirib ki, virus 218 gün orqanizmdə çoxlmağa başlayıb və mutasiyaya uğrayıb. Deməli bütün bu müddət ərzində virusu başqalarına ötürmək riski olub.

Eyni zamanda xəstədə anticism yaranmayıb.

Həkim qeyd edib ki, mutasiyanın bir orqanizm daxilində baş verməsi narahatlıq yaradan vəziyyətdir, çünki bu, insan orqanizminə daha yaxşı uyğunlaşan virus variantının ortaya çıxmasının dəstəklənməsi deməkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678