Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransada bələdiyyə seçkiləri seçici fəallığında antirekordla başa çatdı

132 Baxış

Fransada bazar günü keçirilən bələdiyyə seçkilərinin ikinci turunda fransızların təxminən 2/3 hissəsi səsvermə hüququndan istifadə etməyib.

“Euronews” xəbər verir ki, bütün məclis rəhbərləri – həm hakim, həm də sol qanaddan olan namizədlər mandatlarını qoruyurlar.

Prezident Emmanuel Makronun partiyası “İrəli, Respublika!” 13 bölgədən heç birini idarə etmədiyinə görə, yaxın altı ildə də həmin bölgələrin idarəetməsində iştirak etməyəcək. Mərkəzçilər milli səviyyədə səslərin təxminən 10 % -ni toplayıblar.

Ümumilikdə sol qüvvələr bloku – sosialistlər və yaşıllar uğurla çıxış ediblər. Seçicilərin təxminən üçdə biri onları dəstəkləyib.

Qeyd edilir ki, respublikaçılar təxminən eyni saya sahibdir. Sağ mərkəz Provans-Alp-Kot-d’Azür bölgəsindəki qələbəni qeyd edir. Marine Le Penin rəhbərlik etdiyi ultra sağçılar ona böyük ümidlər bəsləyirdi. Ancaq proqnozların əksinə olaraq, ölkədə 20 %-dən bir qədər çox səs qazanan “Milli Birlik” bölgələrin heç birinə nəzarət edə bilmədi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678