Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusa qarşı peyvənd yarışının pik həddi proqnozlaşdırılıb

132 Baxış

Koronavirus infeksiyasına qarşı peyvənd yarışı 2021-ci ilin yanvarında pik həddə çatacaq.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Skoltex” Sahibkarlıq və İnnovasiya Mərkəzinin professoru Dmitri Kuliş xəbər verib.

Kuliş, bu dövrdə Rusiyanın “Sputnik V” vaksini də daxil olmaqla bir sıra peyvəndlərin sınaqlarının üçüncü mərhələləri barədə ilk hesabatların yayımlanacağını proqnozlaşdırıb.

“Eyni zamanda, mümkün güclü və təhlükəli yan təsirlər haqqında ilk məlumatlar ortaya çıxacaq”, – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, peyvəndlərin effektivliyinə dair məlumatlar isə daha sonra əldə ediləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678