Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peyvəndlərin qarışdırılması virusa qarşı daha təsirlidir – ARAŞDIRMA

105 Baxış

Koronavirusa qarşı peyvəndlərin qarışdırılmasının müsbət nəticə verdiyi məlum olub.

İHA məlumat verir ki, Böyük Britaniyada aparılan araşdırma nəticəsində alimlər bu qənaətə gəliblər.

50 yaş və ondan böyük 850 könüllüyə 4 həftə məsafə ilə fərqli peyvənd vurulub. Araşdırma nəticəsində birinci və ikinci dozanın fərqli peyvəndlərdən tətbiq olunmasının virusa qarşı daha təsirli müdafiə təşkil etməsi aydınlaşıb.

“AstraZeneca” ve “Pfizer/BioNTech” peyvəndlərinin birlikdə test edildiyi araşdırmada bütün kombinasiyaların yaxşı işlədiyi, peyvəndlərin immunitet sistemini aktivləşdirdiyi və daha çox anticism istehsal etdiyi bildirilib.

Mütəxəssislər vurğulayır ki, araşdırma peyvəndlərin tətbiqi üçün rahatlıq təmin edə biləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678