Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kim Çen In səhiyyə sahəsində “ciddi hadisə”dən danışdı

132 Baxış

KXDR lideri Kim Çen In ölkədə səhiyyə sahəsində “ciddi hadisə” baş verdiyini və bunun respublikanın, həmçinin əhalisinin təhlükəsizliyinin təmin edilməsində böyük bir böhrana səbəb ola biləcəyini elan edib.

Bu barədə “Yonhap” xəbər verib.

Onun sözlərinə görə, mühüm dövlət işlərindən məsul yüksək rütbəli məmurlar qlobal sağlamlıq böhranı ilə əlaqədar təşkilati, institusional, maddi, elmi və texniki tədbirlər görməyə qərar verən partiyanın qərarlarının icrasına laqeyd yanaşıblar.

Şimali Koreya lideri çıxışı zamanı partiyanın qurultayda və plenar iclaslarda qoyduğu mühüm tapşırıqların icrasını əngəlləyən əsas amillərin kadrların qeyri-peşəkarlığı və səhlənkarlığı olduğuna diqqət çəkib. Bununla əlaqədar olaraq, ideoloji səhvlərə və müxtəlif növ mənfi elementlərə qarşı kampaniyanın gücləndirilməsinə çağırıb.

Agentlik “ciddi hadisə”nin dəqiq nə olduğunu açıqlamır.

Qeyd olunur ki, son günlərə qədər KXDR rəhbərliyi ölkədə koronavirusa yoluxmada tək bir hadisəsi belə qeydə alınmadığını iddia edib. Belə ki, pandemiyanın başlamasından dərhal sonra Şimali Koreya sərhədlərini tamamilə bağlayıb və ciddi sanitariya tədbirləri tətbiq edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678