Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qasım Süleymaninin qətlində adı çəkilən amerikalı zabitin cəsədi tapıldı

115 Baxış

Qətərdəki Əl-Udeyd aviabazasında ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillisin cəsədi tapılıb.

Bu barədə “Air Force Times” məlumat yayıb.

Sözügedən hərbçinin İran xüsusi xidmət orqanları tərəfindən general Qasım Süleymaninin ölümündə iştirakı olan şəxslərin siyahısına salındığı bildirilir.

Hərbi Hava Qüvvələrinin 55 yaşlı polkovnik-leytenantının ölümünün hərbi fəaliyyətlərlə əlaqəsi olmadığı bildirilir. Hazırda ölüm faktı ilə bağlı araşdırma aparılır. C.Uillis HHQ-nin “Qırmızı At” eskadrilyasının komandiri olub.

Xatırladaq ki, bu ilin yanvar ayında “Əl-Qüds” briqadasının generalı İsmayıl Kaani Qasım Süleymaninin qətlində əli olanların hər birindən intiqam alınacağını açıqlamışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678