Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskva və Həştərxanda terrorun qarşısı alınıb – VİDEO

110 Baxış

Moskva və Həştərxanda terrorun qarşısı alınıb. Təcavüzkarlar soyuq silah və odlu silahdan istifadə edərək sözügedən ərazilərdə əhalinin sıx olduğu yerlərdə eyni anda hücum planlaşdırırmışlar.

RT-nin məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizliok Bürosu məlumat yayıb.

Bildirilir ki, Həştərxan yaxınlığında cinayətkar həbs olunarkən müqavimət göstərib, buna görə cavab atəşi ilə zərərsizləşdirilib.

Təşkilatın ikinci üzvü Rusiya paytaxtında saxlanılıb.

Hadisə yerinə baxış və müttəhimlərin yaşayış yerlərində aparılan axtarışlar zamanı avtomat silah və döyüş sursatları, F-1 qumbarası və dini ekstremist ədəbiyyat aşkar edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678