Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hulusi Akardan türkiyəli hərbçilərin Kabildəki hava limana nəzarəti barədə açıqlama

123 Baxış

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstanın paytaxtı Kabildə yerləşən Həmid Kərzai adına Beynəlxalq Hava Limanında təhlükəsizliyin türk hərbçiləri tərəfindən qorunmasına dair gözləntilərə münasibət bildirib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

H.Akar qeyd edib ki, Kabildəki hava limanı ilə əlaqədar müzakirələr və təmaslar davam etdirilir.

“Prezidentimizin başçılığı altında danışıqların nəticələrini müzakirə edəcəyik və qərarımız təsdiqini tapdıqdan sonra planımızı həyata keçirəcəyik”, – deyə H.Akar bildirib.

Xatırladaq ki, üç gün öncə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Türkiyənin Əfqanıstanda qalacağını və Həmid Karzai adına hava limanında təhlükəsizliyi qoruyacağını bəyan etmişdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678