Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Taliban”a müqavimət göstərə bilməyən əfqan hərbçilər Tacikistana keçməli olub

132 Baxış

Tacikistan sərhədçiləri “Taliban” hərəkatı ilə döyüş nəticəsində geri çəkilmək məcburiyyətində qalan 300-dən çox əfqan hərbçinin ölkəyə daxil olmasına şərait yaradıb.

“Xovar” İnformasiya Agentliyi bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq Əfqanıstan hərbçilərinin respublika ərazisinə keçməsinə icazə veriblər.

Məlumatda həmçinin qeyd olunur ki, əfqan hərbçilər sərhəddi “Taliban”a müqavimət göstərdikdən sonra şəxsi heyəti qorumaq məqsədi ilə keçiblər. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678