Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanda daha bir qalmaqal: Hərbi müstəntiqlər kütləvi istefaya gedirlər

117 Baxış

Ermənistanda XİN-lə hakimiyyət arasında qalmaqallı vəziyyətin hökm sürdüyü bir vaxtda, ölkədə daha bir qurumda xaosun tüğyan etdiyi ortaya çıxıb.

Bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşr Ermənistanın Hərbi İstintaq İdarəsində “istefa paradı”nın başladığını qeyd edib. Belə ki, erməni müstəntiqlər sözügedən sahədə minlərlə cinayət işlərinin olmasından və işlərə baxmağa çatdıra bilmədiklərindən şikayət edir.

Bildirilir ki, ölkədə hərb sahəsində istintaqların aparılması tapşırılan müstəntiqlər kütləvi şəkildə istefa verərək prokurorluq orqanlarına keçir.

“Onlar hərbi sahədəki işləri araşdırmağa çatdırmadıqları üçün “daha sakit və rahat” işə – prokurorluq orqanlarında çalışmağa meyl edir”, – deyə nəşr qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678