Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusa üçüncü dəfə yoluxma şansı qiymətləndirilib

108 Baxış

Üçüncü dəfə COVID-19 xəstəliyinə tutulma ehtimalı çox azdır

RBK-nın məlumatına görə, bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Mixail Kostinov bildirib.

“Bu kazustikadır. Sakinlərin 2-3 faizində vaksindən sonra da immunitet formalaşmır”, – deyə o, vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, insanın immuniteti xəstəliyin şiddətinə təsir edir: əgər zəifdirsə, hər dəfə pasiyent  ağır formada xəstəliyi keçirəcək.

“Üçüncü dəfə, yalnız immunitet sisteminin dərin qüsurları olarsa koronavirusa yoluxmaq mümkündür”, – deyə o, sözlərini yekunlaşdırıb.

Bundan əvvəl virusoloq Yevqeni Timakov COVID-19-a üçüncü dəfə yoluxma ehtimalı barədə danışarkən sonuncunun ilk ikisindən daha şiddətli ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

“Hazırda üçüncü dəfə xəstələnən insanlar var. Virus bu insanlarda immunitet baryerini elə rahat aşır ki, ikinci və üçüncü dəfə rahat yoluxur. Çox vaxt üçüncü dəfə ilk ikisindən daha ağır olur”, – deyə həkim bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678