Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Taliban” nümayəndələrinin Moskva görüşünün nəticələri açıqlandı

109 Baxış

“Taliban” nümayəndələri Orta Asiya ölkələrinin sərhədlərini pozmaq niyyətində olmadıqlarını bildiriblər.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında yayımlanan mesajda qeyd edilir ki, bu barədə onlar Rusiyanın paytaxtı Moskvada rus diplomatları ilə danışıqlarda deyiblər.

“Taliban”la danışıqlara Rusiya prezidentinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov rəhbərlik edib.

Nazirlikdən onu da deyiblər ki, Rusiya tərəfi bu dövlətin şimalında vəziyyətin sabitliyin pozulmasında narahatlığını bildirib və “taliban”çıları dövlətin ətrafında bunun yayılmasının qarşısını almağa çağırıb.

“Taliban” tərəfindən Orta Asiya dövlətlərinin sərhədlərinin qruplaşma tərəfindən pozulmaması və xarici dövlətlərin Əfqanıstan ərazisindəki diplomatik və konsulluq nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsinə dair zəmanət alındı”, – deyə Rusiya XİN-dən bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678