Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da erməni cinayətkar dəstələri ilə əlbir olan şəxslərdən tonlarla marixuana ələ keçirildi

116 Baxış

Kaliforniyanın polis idarəsinin keçirdiyi reyd nəticəsində dəyəri təxminən 1,2 milyard dollar olan tonlarla marixuana ələ keçirilib.

Bu barədə “The Independent” nəşri yazıb.

Tonlarla marixuananın toplanması prosesi 10 gün çəkib. Əməliyyatda 400-dən çox polis iştirak edib. Əməliyyat zamanı 131 nəfər saxlanılıb, onlardan 33 odlu silah aşkar edilib.

Polisdən verilən məlumatda qeyd olunur ki, saxlanılan şəxslərin Meksikada narkotiklərin qanunsuz dövriyyəsində iştirak edən dəstələr, həmçinin Asiya və Ermənistanın cinayətkar qruplaşmaları ilə əlaqələri olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678