Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Haiti hökuməti BMT-dən ölkəyə qoşun göndərilməsini istədi

123 Baxış

Haiti hökuməti prezident Jovenel Moizin öldürülməsindən sonra ölkəyə qoşun göndərməsi ilə əlaqədar BMT-yə müraciət edib.

Bu barədə “Reuters” xəbər verib.

Bildirilir ki, tələbin məqsədi ərazidə təhlükəsizlik və ictimai asayişi bərpa etmək üçün milli polisə dəstəkdir.

BMT Baş Katibinin ofisindən bildirilib ki, Haiti hökumətindən məktub alınıb ​​və hazırda təşkilat nümayəndələri onu araşdırırlar.

Xatırladaq ki, iyulun 7-i gecə saatlarında bir qrup naməlum şəxs iyulun Haiti Prezidentinin iqamətgahına hücum edərək dövlət başçısı Jovenel Moizi qətlə yetirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678