Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada leysan yağışlara görə 400 mindən artıq insanın həyatı təhlükədə – VİDEO

293 Baxış

Yaponiyanın qərbində davam edən güclü yağışlar səbəbindən 400 mindən çox insan evakuasiya üçün tövsiyələr və təlimatlar alıb.

TASS-ın məlumatına görə, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat verib.

Ölkənin üç prefekturasında – Kaqosima, Kumamoto və Miyazakidə yerli hakimiyyət orqanları təbii fəlakətlə əlaqəli ən yüksək təhlükə səviyyəsi elan edib. Yaponiya meteoroloqlarına görə, bu bölgədə bir sutkada 450 mm-dən çox yağıntı düşüb, yerli əhaliyə çayların daşması və sürüşmə təhlükəsi barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, iyunun 4-də Yaponiyanın mərkəzindəki Atami şəhərində baş verən sürüşmə nəticəsində 9 nəfər həlak olub, 20 nəfər itkin düşüb, sürüşmə təxminən 2 kilometr uzunluğunda olub, 130-dan çox ev və bina zərər görüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678