Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Girişdə “QR kod”un yoxlanılmasına baxmayaraq minlərlə tamaşaçı COVID-19-a yoluxdu

233 Baxış

Niderlandın Utrext şəhərində keçirilən musiqi festivalına giriş qaydalarına sərt nəzarət edilməsinə baxmayaraq təxminən 1 000 nəfər ziyarətçinin COVID-19 yoluxduğu aşkar edilib.

Bu barədə NOS agentliyi məlumat yayıb.

3-4 iyul tarixlərində baş tutan festivalda 20 min insan iştirak edib.

Tədbirin təşkilatçıları hadisələrin belə inkişafından şoka düşdüklərini söyləyiblər. Belə ki, konsertə girişdə hər bir şəxsin “QR kod”u yoxlanılıb.

Bu səbəbdən festivalda məsafəni qorumaq və maska ​​taxmaq tələb edilməyib.

Yaxın günlərdə yoluxmuş insanların sayının daha da artacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, Niderlandda ötən həftən başlayaraq  koronavirus infeksiyasına yoluxma sayı gündəlik 2 mindən yuxarı qeydə alınır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678