Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim-infeksionist: “COVID-19-dan sağalan şəxslər də “Delta”ya yoluxa bilər”

124 Baxış

“Koronavirusdan sağalan şəxs “Delta” ştammına yoluxa bilər”.

TASS agentliyi xəbər verir ki, bu açıqlama ilə həkim-infeksionist Svetlana İşenko çıxış edib.

“Virusdan sağalandan sonra qoruyucu immunoqlobulin G və ya anticisimlər təxminən altı ay orqanizmdə mövcud olur. Bununla belə, koronavirus daima mutasiyaya uğrayır. Bu səbəbdən insan bir ştamdan sığortalansa da, onun digər ştamma yoluxma ehtimalı var”, – deyə həkim-infeksionist vurğulayıb.

Lakin mütəxəssis həmçinin qeyd edib ki, təkrar infeksiya daha yüngül formada keçəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678