Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Əfqanıstana hərbi müdaxilə etməyəcək – Lavrov

159 Baxış

Rusiya Əfqanıstanda hərbi kontingentin yerləşdirilməsi və ya bu ölkə ərazisindəki terrorçulara dəqiq zərbələr endirilməsi imkanlarını nəzərdən keçirmir.

“İnterfaks” xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.

“Siz bizi amerikalılarla və ya sovet dövrünün təcrübəsilə səhv salırsınız”, – deyə nazir “İnterfaks”a müsahibəsi zamanı bildirib.

Həmçinin, Lavrov əlavə edib ki, hazırda Əfqanıstana hərbi müdaxilə barədə heç kim düşünmür.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının payızadək Əfqanıstandan tamamilə çıxarılması gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678