Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ukrayna-Azərbaycan Beynəlxalq Media Platforması” adlı dəyirmi masa keçirilib – VİDEO

131 Baxış

Bu gün Ukraynanın paytaxtı Kiyevdə “Ukrayna – Azərbaycan Beynəlxalq Media Platforması” adlı dəyirmi masa keçirilib.

Ukraynanın UNİAN informasiya agentliyi xəbər verir ki, dəyirmi masada Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Ukrayna Prezidentinin müşaviri Aleksey Arestovi, həmçinin hər iki ölkənin tanınmış mətbuat orqanlarının rəhbərləri iştirak edib.

Görüşdə Ukrayna ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin informasiya müstəvisindəki əlaqələri müzakirə olunub.

Dəyirmi masada çıxış edən “Global Media Group”un media direktoru Həmid Həmidov bildirib ki, oxşar platformalar istər Azərbaycanda, istərsə də Ukraynada ölkələrimizin taleyinə təsir etmiş münaqişələr, onların tarixi, həmçinin ölkələrin iqtisadi, turistik və digər sahələr üzrə potensialının daha geniş ictimaiyyətə çatdırılmasına xidmət etməlidir.

Dəyirmi masa digər natiqlərin çıxışları və təklifləri ilə davam etdirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678