Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada təbii fəlakətə görə 64 min insanın təxliyəsi gözlənilir – VİDEO

118 Baxış

Yaponiyanın mərkəzi Fukui prefekturasında 120-dən çox insan leysan yağışları nəticəsində meydana gələn torpaq sürüşməsi səbəbindən təcrid olunmuş vəziyyətdə qalıb.

Bu barədə NHK telekanalı xəbər verib.

Bildirilir ki, Otani və Takasu dağ kəndlərində torpaq sürüşməsi yolları dağıdıb.

Ümumilikdə 61 ev və 121 nəfər təcrid olunub.

Bundan başqa Fukuidə güclü yağış səbəbindən yerli hökumət 16 bölgədə təxminən 64 min insanın təxliyəsi üçün əmr verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678