Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Böyük Britaniyada yüzlərlə pişik naməlum xəstəlikdən ölüb

129 Baxış

Böyük Britaniyada ən az 330 pişik naməlum xəstəlikdən ölüb.

Bu barədə “Sky News” Kral Baytarlıq Kollecinə istinadən xəbər verib.

Bildirilir ki, alimlər heyvanların ölümünün dəqiq səbəbini araşdırırlar.

İlkin versiyaya görə, pişiklərin ölümü ev heyvanları üçün “Fold Hill Foods” yeminə görə ola bilər (Qida artıq şirkət tərəfindən geri çağırılıb). Onların fikrincə, bu yem pişiklərdə pansitopeniya (hər növ qan hüceyrəsi çatışmazlığı) ilə nəticələnir. Xəstəlik ev heyvanlarında fəsadlara və bəzən ölümlə nəticələnir.

Mütəxəssislər xəstə heyvanların dəqiq sayını göstərməkdə çətinlik çəkirlər. Baytarların sözlərinə görə, klinikalara müraciət edən heyvanlar arasında ölüm nisbəti 63,5 faiz olub. Bununla belə, real ölüm sayı daha çox ola bilər.

Elm adamları pişik sahiblərini ayıq olmağa çağırıblar və insanların çoxunun ev heyvanlarını müayinəyə gec gətirdiklərini xatırlatdılar.

Bundan başqa, yerli sakinlərdən sözügedən markalı yemləri ev heyvanları üçün istifadə edilməməsi istənilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678