Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistanda ağır yol qəzası: Ondan çox şəxs yanaraq həlak olub

117 Baxış

Pakistanın şimal şərqində yerləşən Pəncab əyalətində baş verən yol qəzasında azı 12 nəfər ölüb, dörd nəfər yaralanıb.

“Geo News” telekanalı yerli hökumət qurumlarına istinadən məlumat verir ki, iki avtomobilin toqquşması nəticəsində qaz balonu partlayıb.

Hadisə Qucranvala şəhərində baş verib.

Belə ki, kiçikhəcmli yük maşını sərnişinlərlə dolu avtomobilə toqquşub.

Zərbənin gücündən avtomobilin arxasında yerləşən qaz balonu partlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678