Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanın Azərbaycan ordusu ilə üz-üzə dayanacaq “elit” dəstəsi: Xüsusitəyinatlı “adamyeyənlər” – FOTO

123 Baxış

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun mütləq qələbəsi, işğalçı ordunun darmadağın edilməsi ilə nəticələnib. Lakin bütün dünyanın qəbul etdiyi bu həqiqəti yalnız ermənilər qəbul edə bilmir.

Belə ki, ötən gün Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan üçüncü ordu korpusunu ziyarət edib.

Erməni general burada bir sıra həddini aşan, absurd fikirlər səsləndirib. O, sərhəddə hər hansı bir problem yaranacağı halda erməni əsgərlərə bütün vasitələrdən istifadə etməklə atəş açmaq əmri verib.

Arşak Karapetyanın bu əmri hər nə qədər daxili auditoriyaya yönəlsə də, kənardan bu cəfəngiyatlara reaksiya verməmək mümkün deyil. Əvvəla onu xatırladaq ki, bu “qorxmaz general” hələ 2016-cı ilin aprel döyüşlərində rüsvayçı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onun ordudakı sonrakı fəaliyyəti isə hakimiyyətə yaltaqlanmasının nəticəsidir.

Bütün bunları kənara qoyub, Arşak Karapetyanın ziyarət etdiyi üçüncü ordu korpusundan bir fotoya nəzər salaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678