Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvanda polis etirazçılara güc tətbiq edir – VİDEO

140 Baxış

Ermənistanda polis ölkənin Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda üçtərəfli atəşkəs bəyanatının şərtlərini qəbul etmək qərarına qarşı mitinq keçirənləri saxlayıb.

“İnterfax” xəbər verir ki, 17 müxalif partiya İrəvanda Azadlıq meydanına toplaşıblar.

Polis etirazçıların saxlanılmasını ölkədə qüvvədə olan hərbi vəziyyət rejimi çərçivəsində kütləvi toplantıların qadağan olunması ilə əsaslandırıb.

Demək olar ki, bütün etirazçıların tutulduğu bildirilir.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanın da Milli Təhlükəsizlik Xidmətinə aparıldığı qeyd edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678