Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yox olma təhlükəsi ilə üzləşən ölkələrin adları açıqlanıb

129 Baxış

“Greenpeace” təşkilatı Avstraliya və Sakit Okean araşdırmaları bölməsinin rəhbəri Nikola Kazule “The Guardian”a müsahibəsində qlobal istiləşmə səbəbindən yoxolma təhlükəsi ilə üzləşən ölkələrin adlarını açıqlayıb.

O bildirib ki, Yerin hərarətinin cəmi 1.5 dərəcə artması dünya okeanında suyun səviyyəsinin artmasına səbəb olacaq. Bu isə Kiribati, Vanuatu, Salamon adaları kimi dövlətlərin ərazisinin yaşayış üçün yararsız hala düşməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, bunadək ekspertlər kritik temperatur həddinin 2050-ci ildə aşılacağını bildirirdilərsə, artıq bunun 2030-ci il üçün reallaşacağı proqnozlaşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678