Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Taliban” Əfqanıstanın Herat vilayətini ələ keçirib

116 Baxış

“Taliban” hərəkatı Əfqanıstanda daha bir mühüm əyaləti öz nəzarəti altına alıb.

“France-Press” xəbər verir ki, yaraqlılar Heratı ələ keçiriblər.

Artıq ölkə rəhbərliyi BMT-yə müraciət edərək, ölkədəki vəziyyətlə bağlı təşkilatın Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.

Qeyd edək ki, Əfqanıstanın 34 vilayətindən 10-u artıq “Taliban” silahlıları tərəfindən tutulub. Hərəkatın genişmiqyaslı hücumu ABŞ və NATO qüvvələrinin ölkədən çıxarılmasından sonra başlayıb və ciddi hərbi uğurlar əldə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678