Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avstraliya paytaxtında 13 aydan bəri ilk yoluxma: Şəhərdə karantin elan edildi

122 Baxış

Kanberrada 2020-ci ilin iyul ayından bəri ilk dəfə koronavirus səbəbiylə karantin elan edilib.

Bu barədə TASS xəbər verib.

Məlumata görə, qərar Avstraliyanın paytaxt ərazisində 13 aydan bəri ilk dəfə COVID-19-a yoluxma aşkar edilməsi ilə əlaqədardır.

Bundan əlavə, Avstraliyanın paytaxt ərazisindən gələn çirkab su nümunələrində virus izləri aşkar edilib.

Karantin dövründə Kanberra və ətraf yaşayış məntəqələrin sakinləri ancaq işə getmək və ya oxumaq üçün (distant şəkildə mümkün olmadığı təqdirdə), həkimə baş çəkmək, peyvənd vurdurmaq, açıq havada idman etmək və ya zəruri malların satın alması üçün evdən çıxa biləcəklər.

Pərakəndə mağazalar bağlanacaq, iaşə müəssisələri çatdırılma ilə fəaliyyətini davam etdirə biləcək. Buraxılış sinifləri istisna olmaqla, məktəblilər evdə təhsil almalıdırlar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678