Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada koronavirusla bağlı rekord: bir gündə 20 mindən artıq yoluxma

129 Baxış

Yaponiyada koronavirusa yoluxma hallarının gündəlik artımı bütün pandemiya dövründən bəri ilk dəfə 20 mini keçib.

NHK telekanalı bu barədə ölkə bələdiyyələrinin məlumatlarına istinadən xəbər verib.

Bildirilir ki, yoluxma halında rekord artımla yanaşı ağır vəziyyətdə olan xəstələrin sayının çoxalması da müşahidə olunub.

Hökumət xəstələrin müalicəsində anticisim kokteyllərindən istifadəni genişləndirmək niyyətindədir. Söhbət İsveçrənin “Roche” şirkətinin ABŞ-ın “Regeneron” şirkəti ilə birlikdə hazırladığı preparatdan gedir.

Bundan başqa zəruri olmayan səyahətlərdən çəkinməklə bağlı əhaliyə çağırış edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678