Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saakaşviliyə görə daha bir mitinq keçirilir

113 Baxış

Eks-prezident Mixail Saakaşvilinin azad olunması tələbi ilə Rustavi türməsinin qarşısında növbəti mitinq keçirilir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, mitinq iştirakçıları Saakaşvilinin mülki xəstəxanaya köçürülmsi tələbi ilə çıxış edirlər.

Olay yerinə polis briqadaları cəlb olunub.

Mitinq iştirakçıları Saakaşvilinin aclıq səbəbindən həyatının təhlükədə olduğunu bildiriblər.

“Bu divarlar arxasında Gürcüstanı daha yaxşı gələcəyə apara biləcək insan oturub. O yaxşı bilir ki, bunu necə etmək lazımdır. Ancaq oliqarxlar buna imkan vermir”, – Vahid Milli Hərəkat Partiyasının Rustavi meri vəzifəsinə namizədi David Kirkitadze mitinqdəki çıxışında deyib.

Qeyd edək ki, Saakaşvili 1 oktyabrda Tiflisdə həbs edilib. Həbsinə etiraz olaraq həmin gündən aclıq aksiyasına başlayıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678