Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST rəhbəri Yer kürəsində yeni təhlükəli virusun yarana biləcəyi barədə xəbərdarlıq edib

122 Baxış
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, Qebreyesus bu barədə Romada G20 maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.

ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması “bioloji baxımdan danılmazdır”.

“Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq”, – ÜST rəhbəri vurğulayıb. //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678