Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Paşinyan İvanişvilidən dörd dəfə böyük oliqarxla vuruşdu: Saakaşvilidən erməni ssenarisi AÇIQLAMASI

110 Baxış
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan öz tərəfdarlarını erməni ssenarisi üzrə hazırkı Gürcüstan hakimiyyətinə qarşı mübarizəyə çağırıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Sakaşvili müraciətində bunları deyib:

“Biz bu seçkilərdə qalib gəldik. Lakin Gürcüstan hakimiyyəti bu qələbəni bizim əlimizdən aldı. Biz nə etməliyik? Seçkilərin saxtalaşdırılmasına görə, hakimiyyətin ödəməli olduğu bədəli onlara qaytarın. Bu, qonşu Ermənistanda edilib. Orada Paşinyan dörd dəfə İvanişvilidən daha böyük oliqarxla vuruşdu, amma yenə də erməni xalqı qalib gəldi” – Saakaşvili müraciətində bildirib.

“Vaxtımız yoxdur, hər yerdə və böyük kütlə ilə hərəkət etməliyik. Təbii ki, paralel olaraq seçki komissiyalarında və MSK-da seçkilərin nəticələrinə etiraz etməliyik. İndi bizim küçə aksiyaları keçirmək və zorakılığa müqavimət göstərmək üçün tam qanuniliyimiz var” – Saakaşvili fikirlərini tamamlayıb.

Gürcüstanın eks-prezidenti, hazırda Ukrayna vətəndaşı olan Mixail Saakaşvili sentyabrın 29-da gizli şəkildə Gürcüstana gəlib. Oktyabrın 1-də o, Tiflisdə saxlanılıb. Saakaşvili hazırda Rustavi şəhərində həbsxanadadır. //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678