Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli alim qadın evində ölü tapılıb

118 Baxış
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzinin tədqiqatçısı, dosent Dilək Dündar Ərbahar evində ölü tapılıb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, polis intihar versiyası üzərində dayansa da, qətl versiyası da nəzərdən keçirilir.

Həyat yoldaşı ilə problemlər yaşayan və boşanma ərəfəsində olan gənc qadının ölümündən sonra polis onun başı üzərində stəkanda insektisid və “səni çox, çox, çox… sevirəm” yazılmış kağız aşkar edib.

Qeyd edək ki, zəhərli qazlara qarşı yüksək ayırdetmə həssaslığına malik, kütləvi istehsala yaralı və qənaətcil sensorlar sahəsində tədqiqat aparan Dündar Ərbahar “L’Oréal-UNESCO Elm Qadınları üçün” beynəlxalq mükafatına layiq görülüb.  //Turanmedia.az 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678