Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail Türkiyədən ÜZR İSTƏDİ – FOTO

133 Baxış

İsrail Türkiyədən üzr istəyib.

Turanmedia.az xəbər verir ki, İsrailin Ankaradakı səfirliyinin sosial şəbəkə hesabından dünən Prezident Ərdoğan və Prezident Bayden arasında baş tutan görüşlə bağlı skandal paylaşım edilib.

Səfirliyin rəsmi sosial şəbəkə hesabında ABŞ və Türkiyə prezidentlərinin görüşü ilə əlaqədar “Xarici İşlər F-35-lər yerinə İpone 13 Pro üçün çalışırlar” payaşımı edilib.

Bu gün İsrail səfirliyi Ərdoğan-Bayden görüşü ilə bağlı sosial şəbəkə hesabından edilən paylaşıma görə, Ankaradan rəsmən üzr istəyib.

“Səfirliyimizə aid rəsmi sosial şəbəkə hesabımız kiber hücuma məruz qalıb, hücuma müdaxiləmiz davam edərkən hesabımız vasitəsilə bir sıra uyğun olmayan fikirlər paylaşılıb. Bu paylaşımın bizə aid olmadığını ictimaiyyətə açıqlamaqla hər cür uyğunsuzluöa görə, üzüntülərimizi ifadə edirik”,-İsrail səfirliyi qeyd edib./teleqraf/


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678