Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya və Fransa nazirləri həmsədrlər kimi birgə səyləri müzakirə edəcəklər

113 Baxış

Rusiya və Fransanın xarici işlər və müdafiə nazirləri noyabrın 12-də Parisdə bir araya gələcəklər.

Turanmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, danışıqlar Təhlükəsizlik Məsələləri üzrə Əməkdaşlıq Şurası çərçivəsində aparılacaq. Nazirlər Avropada strateji sabitlik və təhlükəsizlik məsələlərindən danışacaqlar. Onlar həmçinin İranın nüvə dosyesi və Qarabağ məsələsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi birgə səyləri müzakirə edəcəklər.

Bundan əlavə, Yaxın Şərq, Əfqanıstan və Hind-Sakit okean regionunda regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678