Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir

126 Baxış

“Ermənistan milli qvardiyası” təşkilatı Şuşada terror törədən Norayr Mirzoyanın ailəsinə 1000 dollar yardım edəcək. “Mübarizə liderlərini tək qoymamaq hamımızın borcudur” – təşkilat bəyan edir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, b u, terrorun və ermənilərin Azərbaycana qarşı kamikadze hücumlarının təşviq edilməsidir.

Və məsələ təkcə bir təşkilatın yardım etməsindən ibarət deyil: QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası”nın əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var; terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran əslində Ermənistan dövlətidir.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678