Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan İKİ SEÇİM QARŞISINDA: Nikol sərhəddəki gərginliklə bağlı hansı QƏRARI VERƏCƏK? – AÇIQLAMA

121 Baxış

“Rəsmi Bakı üçün Ermənistanla imzalanan sülh sazişi o deməkdir ki, İrəvan nəhayət ərazi bütövlüyümüzü və Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq. Paşinyan buna hazır deyil. Onun nəzərdə tutduğu sülh sazişi Qarabağ məsələsini “mötərizəyə alır”, yəni bu məsələ ilə Minsk Qrupu məşğul olmalıdır. Belə sülh sazişi isə bizə lazım deyil”.

Turanmedia.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O sərhəd məsələsində də, Paşinyanın həqiqəti söyləmədiyini deyib: “Əgər Paşinyan sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlara hazır olsaydı, Kremlin təklifi ilə bu ayın əvvəlində üçlü görüşə qatılardı. Paşinyan imkan daxilində bu məsələni uzatmağa çalışır. Ancaq Ermənistan ordusunun sərhəddə verdiyi son itkilər və hərbçilərinin Azərbaycana yenidən əsir düşməsi Paşinyanı hansısa qərar verməyə tələsdirməlidir”.

Politoloq əlavə edib ki, Paşinyan iki seçim qarşısında qalıb: “Birinci seçim Azərbaycanla dəhlizin açılması, sərhədlərin müəyyənləşməsi və sülh sazişiylə bağlı danışıqlara başlamaqdır. Ancaq bu seçim Ermənistan daxilində ona qarşı müqaviməti artıracaq, müxalifəti daha çox radikallaşdıracaq. İkinci seçim Azərbaycanla həll olunmalı məsələləri uzatmaq yolu ilə qeyri-müəyyənliyi davam etdirməkdir. Ancaq bu seçim də Paşinyana yaxşı heç nə vəd etmir. Azərbaycanla razılaşmaların olmaması Ermənistanın itkilərini artıracaq ki, buna görə də Paşinyan cəmiyyət qarşısında cavab verməyə məcbur qalacaq”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678